"Səfərbərliyə çağırılan 300 min nəfərdən 87 mini döyüş bölgələrinə göndərilib"


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik çərçivəsində çağırılan 300 min nəfərdən 87 min nəfəri “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarının yerinə yetirildiyi döyüş bölgələrinə göndərilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, o, bu barədə iştirak etdiyi konfransda danışıb.
"Təlim poliqonlarında formalaşdırılan bölmələrin döyüş uzlaşması başa çatdırılır. Əsas səylər səhra hazırlığına, rabitədən istifadə bacarığına, naviqasiyaya və kəşfiyyata yönəldilib. Xüsusi hərbi əməliyyat zamanı döyüş təcrübəsi qazanmış üç mindən çox təlimatçı hazırlanıb və işə cəlb olunub”, - Şoyqu bildirib.
Onun sözlərinə görə, təlim mərkəzlərində döyüş maşınlarının və tankların heyətləri, artilleriyaçılar, snayperlər, pilotsuz uçuş aparatları, elektron müharibə və s. mütəxəssislər hazırlanır.

DİGƏR XƏBƏRLƏR

Top