
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Yeniavaz.com xəbər verir ki, sözügedən statistikanı Ədliyyə Nazirliyi təqdim edib.
Göstəricilərə əsasən, cari ilin yanvar-oktyabr aylarında ən çox qoyulan kişi adı Uğur olub - 1647 nəfər. Bu dövrdə qızlara isə ən çox qoyulan ad Zəhra olub. 1504 nəfər qız körpəyə Zəhra adı verilib.
Kişi adları arasında ən çox istifadə olunanlar Əli (1543), Hüseyn (1452), Yusif (1359), Məhəmməd (1040), Raul (900), Ömər (896), Murad (856), Adəm (703) və və Tunar (664) olub.
Həmçinin yeni doğulan 1248 qız uşağına Aylin, 1218 uşağa Zeynəb, 1214 uşağa Məryəm, 1043 uşağa Fatimə, 1013 uşağa Nilay, 982 uşağa Mələk, 830 uşağa Ayla, 815 uşağa İnci və 788 uşağa Nuray adı verilib.
Qeyd edək ki, Aydın, Ülvi, Amil, həmçinin Selcan, Səkinə, Elmira, Gülər il ərzində ən az istifadə olunan geniş yayılmış adlar olub.