Kəlbəcərin keçmiş icra başçısı dünyasını dəyişdi


Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onu tanıyanlar sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Qeyd edək ki, Goranboy rayonunun Xan Qərvənd kəndində anadan olmuş Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. O əvvəlcə məktəb direktoru, daha sonra kənd sovetinin sədri, sonra icra başçısının müavini və nəhayət icra başçısı (2006-2013) olub.
Onun bu gün doğulduğu kənddə dəfn olunacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top