Azərbaycanda sinir sistemi xəstəliklərindən ölüm halı kəskin artıb – Yeni rekord...


Ötən il Azərbaycanda vəfat edən 76 min 878 nəfərin 3,3%-i və ya 2 min 520 nəfərinin ölüm səbəbi sinir sistemi xəstəlikləri olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə sinir sistemi xəstəliklərindən ölənlərin sayı kəskin şəkildə - 3,4 dəfə artıb. Belə ki, 2020-ci ildə Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayı 740 nəfər olub.
Ümumiyyətlə Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayı ötən il ən yüksək həddə çatıb. Əvvəlki illərdə heç vaxt bu sayda insan sinir sistemi xəstəliklərindən ölməyib.
Müqayisə üçün illər üzrə sinir sistemi xəstəliklərindən ölənlərin sayını təqdim edirik:
İllər Sinir sistemi xəstəliklərindən ölənlərin sayı
1990 643
1991 778
1992 840
1993 873
1994 886
1995 867
2000 793
2005 621
2015 1 047
2016 822
2017 960
2018 864
2019 848
2020 740
2021 2 520

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top