Soçi görüşünün bəzi təfərrüatları açıqlandı


Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi görüşünün bəzi təfərrüatları üzə çıxıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, görüşün gedişində Nikol Paşinyan bəzi iddialarla çıxış edib, müəyyən pozucu cəhdlərə əl atıb.

O, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Belə olan halda, Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib.

Lakin onun bu cəhdi də nəticə verməyib.

Rusiya Prezidenti Vladimir Putinin də təkidi ilə Bəyanat qəbul olunub.

Əslində, Bəyanatdan Paşinyanın pozuculuq cəhdlərinin əbəs olmadığını söyləmək mümkündür.

Bəyanatdan da aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir.

Belə ki, Bəyanatda Qarabağla bağlı bir kəlmə belə yoxdur. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top