"Açığını deyim ki, hər şey razılaşdırılmayıb” - Putindən ilk açıqlama


Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti olan həmkarı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqların yekunu üzrə birgə bəyanat barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Putin görüşü faydalı adlandırıb:
“Bu gün birgə bəyanatla bağlı razılığa gəldik. Açığını deyim ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi. Bununla belə, görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razıyam və bu, bütövlükdə vəziyyətin həlli istiqamətində gələcək addımlar üçün şərait yaradır”, - deyə Putin vurğulayıb.

***22:19
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Yeniavaz.com xəbər verir ki, görüş V.Putinin təşəbbüsü ilə baş tutub.


***20:48
Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur. Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.



DİGƏR XƏBƏRLƏR

Top