“Azərbaycanfilm” kinostudiyası “start-2023” film layihəsi müsabiqəsi elan edir


C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “START-2023” adlı film layihəsi müsabiqəsi elan edir.
Yeniavaz.com xəbər verir ki, Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunur.
Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti yoxdur.
Sənədlərin qəbulu 1 noyabr 2022 - 31 yanvar 2023-cü il tarixlərində elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.
Müsabiqənin reqlamenti ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür: https://azerbaijanfilm.az/news/start-2023-film-lahiyesi-musabiqesinin-reqlamenti
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Qaliblərin adları 2023-ci il aprel ayının əvvəlində elan olunacaq. Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top