Avstraliyada Britaniya monarxiyasından çıxmaqla bağlı görüşlər keçiriləcək


İngiltərə kraliçası II Elizabetin ölümündən sonra monarxiya mübahisələrinin alovlandığı Avstraliyada 2023-cü ildə respublikaya çevrilmək üçün məsləhətləşmə görüşləri keçiriləcək.
Yeniavaz.com “9news”a istinadən xəbər verir ki, Avstraliya 2023-cü ildə Britaniya monarxiyasından çıxmaq və respublikaya çevrilmək üçün məsləhətləşmə görüşləri keçirəcək. Bu minvalla Nümayəndələr Palatasının avstraliyalı üzvü Mett Dislveyt ictimaiyyətin rəyini öyrənmək üçün "dinləmə turuna" çıxacaq.
Ekspertlər deyirlər ki, konstitusiyanın dəyişdirilməsi üçün xalqın çoxluğu müsbət səs verməli və 6 ştatdan 4-də “hə” qərarı çıxmalıdır.
Avstraliyanın respublika hərəkatı 1999-cu ildə referendumda məğlub olmuşdu. Lakin Kraliça II Elizabetin ölümündən sonra monarxiyadan əl çəkmə çağırışları yenidən güclənməyə başladı.
Avstraliyanın baş naziri Entoni Albanese yenidən seçiləcəyi təqdirdə Böyük Britaniya monarxiyasından ayrılmaq üçün referendum keçirəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top