138 milyon dəyəri olan “Azerspace-2” peykini bu şirkət sığortaladı


Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Qala Sığorta” ASC (VÖEN- 1700066901) bir il müddətində “Azerspace-2” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək. Qeyd olunan xidmət üçün “Azərkosmos” “Qala Sığorta”ya 865 min 300 manat ödəyəcək.
Məlumatda bildirilir ki, “Azerspace-2” peykinin dəyəri 81 milyon ABŞ dollarına (138 milyon manat) bərabərdir.
Qeyd edək ki, “Qala Sığorta” ASC 1999-cu ildən fəaliyyət göstərir. Əvvəlki adı “Çartis Azərbaycan” olub. 2015-ci ildə  "AzRe Təkrarsığorta" ASC  tərəfindən satın alınaraq adı dəyişdirilib. Nizamnamə kapitalı 8 milyon 944 min 447 manat olan “Qala Sığorta” ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top