FHN polkovniki qəzada 2 gənci öldürüb hadisəni ört-basdır edir? - Açıqlama


8 oktyabr 2022 ci il tarixində Bilgəh-Nardaran istiqamətində “Range Rover” markalı avtomobili yüksək sürətlə idarə edən şəxs qarşıdan gələn “KIA” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində qarşıdakı avtomobildə olan 2 gənc - Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olub, digər gənc 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb, 22 gündür komadadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında paylaşım edib.
O iddia edir ki, qəza olan zaman polislər “Range Rover”in dövlət nömrə nişanlarını söküblər:
“Ərazidə nə qədər mağaza, obyekt var, gecə ilə gəlib hamısının kameralarını hədə-qorxu ilə söküb aparıblar. Müstəntiq də “Təhlükəsiz Şəhər” kamerasından görüntülərin verilməsi üçün sorğu göndərib, amma indiyə qədər görüntülər verilmir.
Araşdırdım və məlum oldu ki, “Range Rover”in üzərində “10DF090” dövlət nişanı olub. Nömrə 1978-ci il təvəllüdlü, Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsin adına qeydiyyatdadır. Özü də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli məmuru, polkovnik rütbəli şəxsdir, 2013-cü ildə İlham Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Polkovnikin adına "90ND700" nömrəli “MINI COOPER”, "10GV700" nömrəli “LEXUS LX570”, "10BS700" nömrəli “BMW 740LI”, "10DF090" nömrəli “RANGE ROVER”, "10HA700" nömrəli “PORSCHE PANAMERA”, "90HD700" nömrəli “KIA OPTIMA” markalı avtomobillər var.
Cinayəti törətdikdən sonra başqa bir şəxs tapıb və o, qəzanı üzərinə götürüb, özü isə cinayətdən yayınaraq məsələni ört-basdır etməyə çalışır”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı istintaq hərəkətləri aparılır:
“Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də cinayət işi üzrə üzrə istintaq hərəkətləri aparılır. Bütün kamera görüntüləri müxtəlif ünvanlardan çıxarılaraq cinayət işinə əlavə edilib. Bu barədə zərərçəkmişlər və onların vəkili məlumatlandırılıb. Diqqəti hadisəni törətməyən şəxsin üzərinə yönəldilməsi şəxsi mülahizələrdir, hüquqi əsası yoxdur. Hadisə onlarla şəxsin gözü önündə baş verib. Həmin şəxslərin də şahid kimi ifadələri cinayət işinin materiallarında var”.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, FHN orqanlarında belə bir şəxs işləmir.

DİGƏR XƏBƏRLƏR

Top