DOST yenə piano alır - Qiymətlər...


“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqənin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Leyla Rasib qızı Mütəllimova (VÖEN – 1306803512) olub.
Tender müsabiqəsinin şərtlərinə görə Leyla Rasib qızı Mütəllimova “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC üçün 2 ədəd piano, 1 ədəd kontrabas və 1 ədəd sintezator musiqi aləti satacaq və qarşılığında 34 min 994 manat 99 qəpik alacaq.
Qeyd edək ki, Leyla Rasib qızı Mütəllimova  bu ilin avqust ayında “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nə 80 min 122 manata 1 ədəd piano (Royal) satıb.
 

DİGƏR XƏBƏRLƏR

Top