Teymur Musayev İstanbulda Şamil Ayrımı ziyarət edib - Foto


Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qəzaya düşən millət vəkili Şamil Ayrımı ziyarət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva ilə gerçəkləşən ziyarət millət vəkili Şamil Ayrımın müalicə olunduğu İstanbul Başakşehir Çam ve Sakura Şəhər xəstəxanasında baş tutub.

Səhiyyə naziri millət vəkilinin səhhəti ilə maraqlanıb və ona Allahdan şəfalar diləyib.

DİGƏR XƏBƏRLƏR

Top