
Ermənistanda ehtiyatda olan hərbçi əsgər yoldaşı tərəfindən güllələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 29-da ehtiyatda olan sıravi əsgər Misak Norayri Petrosyan əsgər yoldaşının açdığı atəş nəticəsində ölümcül yaralanıb.
Əsgər ehtiyatda olan hərbçini başından, özünü isə ayağından vurub.
Qeyd olunub ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz