Somalidə dəhşətli terror aktı - Yüzlərlə ölü və yaralı var


Şənbə günü - oktyabrın 29-da “Əş-Şəbab” terror qruplaşmasının silahlıları Moqadişonun mərkəzində Somalinin Təhsil Nazirliyinin binasına hücum edib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, nəticədə 100 nəfər ölüb, 300 nəfər yaralanıb.
Bu barədə bazar günü prezident Həsən Şeyx Məhəmmədin bəyanatında bildirilir.
Qeyd olunur ki, əvvəlcə kamikadze nazirliyin qarşısında iki avtomobili partladıb, daha sonra isə nazirliyin binasında silahlılarla təhlükəsizlik işçiləri arasında atışma başlayıb və 30 nəfər həlak olub.
Somali xəbər portalı “Shabelle” ölənlər arasında metropoliten polisinin rəhbəri Hodan Hüseyn Adad və jurnalist Məhəmməd İsse Konanın da olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top