Ukrayna NATO-ya qoşulmaq üçün danışıqlar aparır


Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı ilə bütün səviyyələrdə diplomatlar alyansa qoşulmaq üçün NATO üzvü olan ölkələrlə danışıqlar aparır. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ali Radanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Rəqəmsal Transformasiya Komitəsinin sədr müavini Yeqor Çernev məlumat verib.
“Bütün səviyyələrdə - prezident səviyyəsində, parlament səviyyəsində, hökumət səviyyəsində biz bütün tərəfdaş ölkələrimiz, NATO üzvləri ilə danışıqlar aparırıq ki, Ukraynanın NATO-ya sürətlə daxil olması üçün onların dəstəyini alsınlar”, - deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top