Şükürataz zirvəsinin azad edilməsi ermənilərə ağır zərbə idi - Video


İki il əvvəl, oktyarbrın 29-u Vətən müharibəsinin 33-cü günü idi. Həmin gün Azərbaycan Ordusu Şükürataz zirvəsini düşməndən azad edir. Ermənistan silahlı qüvvələrinin xeyli hərbi texnikası qənimət olaraq ələ keçirilir. Bölmələrimiz düşmənin yüksəkliklərdə qoyub qaçdığı silahları elə həmin nöqtələrdən onlara qarşı istifadə edir.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Bartazda bölmələrimiz 2269 metr yüksəklikdə düşmənin qoyub qaçdığı silahları elə onların özünə qarşı istifadə edirlər. Yüksəkliyin verdiyi strateji imkan isə bu gün də Bartazdan baxdıqda açıq aydın görünür.

Demək olar ki, hər gün Azərbaycan ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənə məxsus silah-sursat və texnikanı qənimət kimi ələ keçirirdi.

29 oktyabrda ordumuzun məhv etdiyi Ermənistan silahlı qüvvələrinin texnikalarının sayı barədə ictimaiyyətə infoqrafika təqdim edilir. Sentyabrın 27-dən oktyabrın 26-dək Ermənistanın sıradan çıxarılmış və qənimət götürülmüş hərbi texnikasının və sursatının statistikası təəccüb doğurur. Bu müddət ərzində düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilir.

Ətraflı videomaterialda:

 

DİGƏR XƏBƏRLƏR

Top