“Sərhəddə Rusiya hərbçilərinin dayanmasına razıyıq”


“Azərbaycan bildirir ki, öz vətəndaşlarının qərb rayonlarından keçərkən Ermənistan gömrükçüləri və sərhədçiləri ilə əlaqə saxlaması münaqişə baxımından mübahisəli olacaq. Deyirlər ki, sərhəddə rus sərhədçiləri dayansın”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Mülki Müqavilə Partiyasının qurultayında çıxış zamanı deyib.
Biz deyirik ki, gözləntiləri başa düşə bilərik, lakin üçtərəfli işçi qrupu razılaşdı ki, bütün razılaşmalar paritet və proporsionallıq prinsipinə əsaslanmalıdır. Burada paritet pozulur. Əgər azərbaycanlı erməni sərhədçisi ilə əlaqə saxlamırsa, erməni də azərbaycanlı sərhədçi ilə əlaqə saxlamamalıdır. Biz həll yolu təklif etdik - bu nöqtədə bu xidməti başqa təşkilatlara və ya ölkələrə ötürmək və operatorların sərhəddə dayanması ilə razılaşaq. Bu, üçüncü tərəfdir. Biz deyirik ki, bu səlahiyyətləri Rusiya sərhəd qoşunlarına verməyə hazırıq. Bakı kimə istəsə vəkil etsin. Məsələn, Türkiyəni seçə bilərsiniz. Yaxud erməni xidmətləri Ermənistanın, azərbaycanlılar isə Azərbaycanın tərəfində dursunlar”, - o bildirib

DİGƏR XƏBƏRLƏR

Top