Vətən müharibəsində erməni SU-25-nin necə məhv edildiyi açıqlandı - Video


2 il öncə bu gün, vətən müharibəsinin 34-cü günü hərb tarixində görülməmiş hadisə ilə yadda qalır. Belə ki, düşmən Şükürataz zirvəsində əməliyyatlar icra edən kiçik qrupumuzun üzərinə SU 25 qırıcısı göndərir. Lakin düşmənin SU 25-i elə əməliyyat icra edən hərbçilərimizin, qayalıqlar arasında həyata keçirdiyi cəmləşmiş atəşi nəticəsində məhv edilir.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, mülki insanları hədəf seçən düşmən texnikasının tapılması bütün qoşun növlərinin əsas tapşırığı olur. Havada fasiləsiz müşahidə aparan haroplar ilk olaraq hədəfi müəyyən edir. Dərhal kordinatlar qarşılıqlı olaraq Bayraktar idaretmə məntəqəsinə ötürülür.

Smerçin hədəfi bu dəfə də Bərdə olur. Lakin yoxlama atışı ilə ilk mərmidə düşmən qorxudulur.

Dəyəri 12 milyon dollar olan bu texnikanın tək olmadığı bəlli idi. Elə buna görə də Bayraktar yalnız biri ilə kifayətlənmir. Mövqelənən digər Smerçin də aşkar edilməsi üçün fasiləsiz səssiz müşahidə davam edir.

Vətən müharibəsi xronikasına hərb tarixində görülməmiş daha bir hadisə yazılır. Şüküratazda düşmən kiçik qrupla minatan, artilleriya, diversiya qrupları ilə etdiyi hücumlarda heç nəyə nail ola bilmir.

Əllərində yalnız atıcı silahlar olan qrup dərhal yeganə çıxış yolunu seçirlər. Alçaqdan dağların arasından uçan təyyarəyə cəmləşmiş atış edilir.

Son zərbədən sonra bir daha düşmən Su-25-ləri bu istiqamətdən Azərbaycan səmasına daxil olmağa cəhd etmirlər. Növbəti günlərdə isə artıq onlar üçün Ağdərə səması da bağlanır.

 

DİGƏR XƏBƏRLƏR

Top