Yeni HHM sistemləri artıq Kiyevdədir - Kliçko


Kiyevə yeni hava hücumundan müdafiə sistemləri (HHM) artıq gəlib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
“Hərbçilər məni əmin etdilər ki, indi yeni hava hücumundan müdafiə vasitələri paytaxta gəlib. Səma daha çox qorunacaq”, - deyə o qeyd edib.
Kliçko hansı HHM sisteminin gəldiyi və fəaliyyətə başladığını olduğunu açıqlamayıb.
Xatırladaq ki, oktyabrın 25-də “Raytheon Technologies” şirkətinin rəhbəri Qreq Hayes ABŞ-ın ilk iki NASAMS zenit-raket kompleksini (SAM) Ukraynaya təhvil verdiyini açıqlayıb. O, danışıqların müntəzəm olaraq davam etməsinə baxmayaraq, ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə hələlik razılıq vermədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top