Lukaşenko növbəti KTMT iclasının İrəvanda keçirilməsini təklif etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko hesabatları dinləmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının noyabrdakı sammitinin İrəvanda keçirilməsini şəxsən təklif edib. 
Yeniavaz.com
“BelTa”ya istinadla xəbər verir ki, Lukaşenko belə bir təkliflə KTMT-nin oktyabrın 28-də keçirilən növbədənkənar sessiyasında çıxış edib. O qeyd edib ki, Ermənistan, Azərbaycan və Rusiya bir daha danışıqlar masasına əyləşərək bu müddət ərzində vəziyyəti təhlil etməlidirlər.
“KTMT-nin iclasında şəxsən bizə hesabat verin. Sonra biz qərar verəcəyik”, - deyə Belarus lideri vurğulayıb.
Həmin iclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan KTMT-dən Azərbaycanın Ermənistanla sərhəddəki fəaliyyətinə siyasi qiymət verəcəyini gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top