ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketi göndərir


Amerika Birləşmiş Ştatları Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Paketə HIMARS sistemləri üçün əlavə döyüş sursatı, 155 mm çaplı 500 idarə olunan artilleriya mərmisi, məsafədən tank əleyhinə mina sistemi üçün 2 min 155 mm çaplı mərmi, 1,3 mindən çox tank əleyhinə sistem, 125 Humvee zirehli texnikası, kiçik ölçülü silah və onun üçün 2,75 milyondan çox döyüş sursatı və rabitə üçün dörd peyk antenası daxildir”, - deyə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top