Şoyqu səfərbərlikdən sonra Ukraynaya göndərilən hərbçilərin sayını açıqladı


Qismən səfərbərlik çərçivəsində çağırılan təxminən 82 min rusiyalı Ukraynadakı döyüş bölgəsinə göndərilib.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məlumat verərkən deyib.
"Təlim başa çatdıqdan sonra 82 min nəfər xüsusi hərbi əməliyyat bölgəsinə göndərilib, onlardan 41 mindən çoxu bölmələrin tərkibində fəaliyyət göstərir", - deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, hazırda daha 218 min nəfər təlim mərkəzlərində və poliqonlarda öz hazırlığını təkmilləşdirir.

DİGƏR XƏBƏRLƏR

Top