Pelosinin evinə hücum edib ərini yaralayan şəxsin kimliyi bilindi - Yenilənib


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosiyə hücum edən şəxsin 42 yaşlı Devid Depap olduğu üzə çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Depap polis tərəfindən saxlanılıb. O, çəkiclə hücum edərkən N. Pelosini axtarıb.
82 yaşlı kişi başından və bədənindən küt alətlə vurulub və travma alıb. 
ABŞ Prezidenti Co Bayden  hücumdan sonra Nensi Pelosiyə şəxsən zəng edərək ona dəstəyini ifadə edib.

***17:14
Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə basqın edib və həyat yoldaşı Pol Pelosini yaralayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs saxlanılıb. Hadisə vaxtı Pelosi evdə olmayıb. Pol Pelosi xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top