
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə C.Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri müzakirə olunub. Bir daha ölkəmin regionumuzda sülh və sabitliyə nail olmağa sadiqliyini və tam hazır olduğunu bir daha vurğuladım”, - paylaşımda bildirilib.
Had a phone conversation w/🇺🇸 Assistant Secretary @KDonfried @StateEUR on #Azerbaijan-#Armenia normalisation process and perspectives of peace efforts. Once again reiterated my country’s commitment and full readiness to achieve a peace and stability in our region. pic.twitter.com/eZxrzk7oiL
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 28, 2022