İstanbulda partlayış - Ölən və yaralananlar var


Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Məlumata görə, hadisə yerinə xeyli sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.
Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top