İlon Mask “Twitter”i nə üçün aldığını açıqladı


“Space X” və “Tesla”nın qurucusu İlon Mask “Twitter”in satın alma səbəbi barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, Mask sağlam şəkildə müzakirələrin aparıldığı bir sosial şəbəkə təqdim etməyi hədəflədiyini bildirib:
“Twitter”i almağımın səbəbi, insanların şiddətə əl atmadan sağlam şəkildə müzakirə apara biləcəyi ortaq sosial şəbəkə qurmaqdır. Hazırda sosial medianın ifrat sağ və həddindən artıq sola bölünməsi təhlükəsi var ki, bu da nifrət yaradan və cəmiyyətimizi parçalayan haldır. Ənənəvi medianın çoxu bu qütbləşmiş son nöqtələri inkişaf etdirdi. Çünki onlar pul qazanmağı hədəfləyirlər. Lakin tvitter elə olmayacaq. Platformamız qanunlara riayət etməklə yanaşı, hər kəs üçün isti və qonaqpərvər olmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top