Ukrayna ilk dəfə Slovakiyadan elektrik enerjisini idxal etdi


Ukraynanın dövlət enerji ticarəti şirkəti “Energy Company” bildirib ki, ilk dəfə sınaq rejimində Slovakiyadan elektrik enerjisi idxal edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 
"Ukraynanın enerji sisteminə dəstək vermək üçün dövlət enerji treyderi Slovakiyadan elektrik enerjisinin ilk sınaq tədarükünü həyata keçirib. Raket hücumları və enerji infrastrukturunun zədələnməsi nəticəsində istilik riskləri əhəmiyyətli dərəcədə artıb. Atdığımız addımlar bu riskləri azaltmaq üçündür”, - deyə şirkətin açıqlamasında bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top