Bu məhsullarda təhlükəli maddə aşkarlandı - Video


Bəzi enerji içkiləri, müalicəvi sular və qida əlavələrinin isə etiketində tərkibinə uyğun olmayan, yanlış məlumat yerləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli açıqlama verib.

O bildirib ki, markalanmasında ciddi pozuntular olan 2 enerji içkisi geri çağırılıb. 5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb. Tərkibində təhlükəli maddə aşkarlanan tonlarla qənd və şəkər tozu ilə bağlı da tədbir görülüb.

Qoşqar Təhməzli deyib ki, bəzi məhsulların etiketlərində yerləşdirilən məlumatlar istehlakçıları aldadır. Bu da sağlamlığa ciddi ziyan vura bilər.

AQTA rəhbəri qeyd edib ki, bu ilin 9 ayı ərzində 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb. Tonlarla məhsul istifadəyə yararsız olduğu üçün məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top