Hüseynin adından istifadə edib şəhid qardaşının kartındakı pulları oğurladılar - Foto


Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə şəhidin qardaşının dostu Elyar İslamoğlu məlumat verib.
"Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib.
Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış", - deyə E. İslamoğlu feysbukda yazıb.
O, S. Əhmədovla əlaqə saxlayan şəxsin nömrəsini də yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin nəzarətə götürüldüyünü bildirib

DİGƏR XƏBƏRLƏR

Top