"Ədəbi diktatura yaratmaq çabaları..." - AYB üzvlüyündən çıxdı


Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr, proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhətlər idi. Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir. Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top