Binəli Yıldırım evə buraxıldı - Video + Yenilənib


Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, B.Yıldırım hadisə və son durumu ilə bağlı jurnalistlərə açıqlama verib.
“Geri qayıdarkən ağır bir qəza keçirdik, avtomobil bir neçə dəfə fırlandı. Allaha şükürlər olsun ki, qəzanın miqyasına görə əldə etdiyimiz nəticə yaxşı oldu, Rəbbim qorudu, salxadı. Millətimizin, yaxınlarımızın, dostlarımızın duası bizim bu qəzadan yaralarla, sağ çıxmamıza vəsilə oldu”, - siyasətçi deyib.
***11:12
Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay tvitter hesabında paylaşım edib.
O, B.Yıldırımı və Ş.Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən içində olduqları avtomobil qəzaya uğrayıb. Yıldırım və Ayrım səhiyyə qruplarının müşayiəti ilə dərhal helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.
Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top