Türkiyə ordusu şəhid verdi


"Separatçı terror təşkilatı üzvləri ilə təmasda yaralanan Faim Bozkurt xəstəxanada dünyasını dəyişib".

Yeniavaz.com xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dünən (26 oktyabr 2022) "Pəncə-Kilid Əməliyyatı" bölgəsində separatçı terror təşkilatı üzvləri ilə təmasda yaralanan və xəstəxanaya çatdırılan çavuş Faim Bozkurt şəhid olub.
Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar sosial media hesabında paylaşım edərək baş sağlığı verib:
“Qəhrəman silahdaşımız 26 oktyabr 2022-ci il tarixində şəhid olmuşdur. Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

 

DİGƏR XƏBƏRLƏR

Top