XİN İrana başsağlığı verdi


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in tvitter hesabına məlumat paylaşılıb.

"İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, - deyə XİN-dən bildirib.

DİGƏR XƏBƏRLƏR

Top