İranda daha bir hadisə baş verdi – 4 nəfər həlak oldu


İranın Xuzestan əyalətinin Əhvaz şəhərində oksigen zavodunda partlayış baş verib.
Yeniavaz.com
İran mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb. Partlayışın səbəbi hələlik məlum deyil. Qəzanın səbəbləri sabah araşdırılacaq.
Xatırladaq ki, bu gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına hücum olub. Nəticədə 20-dən çox insan ölüb, 40-dan çox insan yaralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top