Vaksin olunanların sayı açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 669 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 249, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 39 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 908 602, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 389 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 944, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 562, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 830 nəfər təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top