Mingəçevirdə “Uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Tibb Kollecində Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının qorunması: Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda treninq keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Mingəçevir Tibb Kollecinin şöbə müdiri Azər Quliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir ŞİH Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Səbirə Yusifli, Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Ülviyyə Kərimova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin eksperti Dilşad İlyasova, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şöbə müdiri Azər Quliyev 1989-cu ildə BMT tərəfindən qəbul edilən və ölkəmiz tərəfindən 1992-ci ildə ratifikasiya edilən Uşaq Hüquqları Konvensiyasının uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən etdiyini və hər il Uşaq hüquqları aylığının keçirilməsinin uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət etdiyini vurğulayıb.
Tədbirdə iştirak edən ekspertlər öz çıxışlarında erkən nikah probleminin yaranma səbəbləri, onun törətdiyi fəsadlar, cəmiyyət üçün yaratdığı problemlər və ona qarşı mübarizə yolları barədə ətraflı danışıb, bu mübarizədə təhsilin və maarifləndirmə tədbirlərinin rolunu xüsusi vurğulayıblar.
Treninq diskusiya formasında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top