Kremldən üçtərəfli görüşlə bağlı - Açıqlama


Kreml Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün baş tutacağına ümid edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
O, lakin danışıqların gözlənilən vaxtını və yerini açıqlamayıb.
“Belə üçtərəfli görüş hazırlanır, ümid edirik ki, baş tutacaq. Zaman və məkanda oriyentasiya edəcəyik”.
Qeyd edək ki, daha əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Paşinyan Putin və Əliyevlə görüşmək üçün oktyabrın 31-də Soçiyə getməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top