Azərbaycanda şagirdlərin sayı artır, müəllimlərin sayı azalır - Rəqəmlər


2021-2022-ci tədris ilində dövlət əyani ümumi təhsil müəsssisələrində təhsil alan şagirlərin sayı 1 milyon 674 min 49 nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, son 10 ildə ümumi təhsil müəssisələrində təhsil alan şagirlərin sayı 355 min 926 nəfər (27%) artıb. Belə ki, 2010-2011-ci tədris ilində Azərbaycanda dövlət məktəblərində 1 milyon 318 min 123 şagird təhsil alıb.
Məlumat üçün bildirək ki, qeyd olunan dövrdə ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sayında azalma olub. Son 10 ildə müəllimlərin sayı 21 min 973 nəfər (13%) azalıb.

DİGƏR XƏBƏRLƏR

Top