Su borusunda baş verən qəza aradan qaldırıldı - Video + Yenilənib


Bu gün Yasamalda magistral su xəttində baş vermiş qəzadan sonra həyətlərə və obyektlərə dolan su çəkilib.
Yeniavaz.com
FHN-ə istinadla xəbər verir ki, Əsəd Əhmədov küçəsində yerləşən magistral su kəmərində baş vermiş qəza nəticəsində ətrafı basmış suyun çəkilib kənarlaşdırılması məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər sayəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

***11:52
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakının Yasamal rayonu ərazisində mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib. Dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub.
Yeniavaz.com
xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı hadisə ilə bağlı “Xəbər Ertəsi”nə açıqlama verib.
“Çalışacayıq ki, gün ərzində həmin xətdə baş vermiş qəzanı aradan qaldıraq, bərpa edək və əhalinin su təchizatını təmin edək”, - A.Cəbrayıllı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top