Ermənistan və Türkiyə xüsusi nümayəndələri nə vaxt görüşəcək?


Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü barədə açıqlama verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.
"Yaxın zamanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü planlaşdırılmır", - deyə qeyd olunub.
Xatırladaq ki, xüsusi nümayəndələrin iyulda baş tutan görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün sərhəddə iki ölkənin müvafiq orqanlarının nümayəndələrinin görüşü gözlənilir.
 

DİGƏR XƏBƏRLƏR

Top