“Barkan” insansız hərbi maşını yaxın zamanda Azərbaycanda sınaqdan keçirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “HAVELSAN” şirkətinin İdarə Heyətinin üzvü, pilotsuz aparatlar üzrə layihə müdiri Veysel Ataoğlu məlumat verib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfi bununla bağlı danışıqlar aparır:
“Təklifimizi Azərbaycan tərəfinə təqdim etmişik və bu məsələ ilə bağlı işlər gedir. Bizim üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında fərq yoxdur. Hər cür dəstəyi verməyə hazırıq”.