Rusiyada zavodda partlayış: Ölən və yaralanan var


Rusiyanın Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda yerli vaxtla saat 13:32-də yanğınsöndürmə və xilasetmə xidməti dispetçerinin idarəetmə panelində yanğın barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Alüminium radiatorların istehsalı sexinin binasında alüminium tozu 40 kv.m sahədə yanıb. Hadisə yerində 7-ci yanğınsöndürmə və xilasetmə qüvvələri işləyir. Zərərçəkənlər var”, - məlumatda bildirilib.
Volqoqradın Krasnoarmeyski rayonunun baş qərargahı isə partlayış nəticəsində 1 nəfərin ölməsi, 1 nəfərin isə yaralanması barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top