“WhatsApp”dakı problem aradan qaldırıldı - Yenilənib


"Whatsapp"dakı problem aradan qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, artıq tətbiqin bütün növ cihazlar üçün olan versiyaları tam işlək vəziyyətdədir.

***12:28
"Tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil".
Yeniavaz.com
xəbər verir ki, "WhatsApp" sosial şəbəkə platformasının işində yaranan problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən APA-nın sorğusuna belə cavab verilib.
Qeyd olunub ki, hazırda bu istiqamətdə araşdırma aparılır:
"Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".

***11:36
“WhatsApp” söhbətləşmə platformasının fəaliyyətində problemlər yaşanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WhatsApp” tətbiqinin istifadəçiləri sosial şəbəkələrdə paylaşım ediblər.
Bildirilib ki, “WhatsApp”da mesajlaşma zamanı məhdudiyyət yaşanır, yazılan mesajlar qarşı tərəfə çatmır.

DİGƏR XƏBƏRLƏR

Top