Hökumət uzun illər etdiyi səhvi nəhayət düzəldir – İkisi də 246 manat olacaq...


“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının eyni məbləğdə – 246 manat olması nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, qanun layihəsi qəbul olunarsa ilk dəfə olaraq Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı eyni məbləğdə olacaq.
Məlumat üçün bildirək ki, əvvəlki illərdə yaşayış minimumu ehtiyac meyarından çox olub. Bu isə Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olub. Yeniavaz.com saytı da bu barədə əvvəllər məlumat yayıb.
Belə görünür ki, müvafiq qurumlar uzun illərdən sonra bu ziddiyyəti ortadan qaldırmaq qərarına gəliblər.
Xəbəri rus dilində oxuyun: Правительство наконец-то исправляет свою многолетнюю ошибку - и то, и другое составит 246 манатов...

Qeyd edək ki, ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə təsdiqlənir. Yəni, sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur. Məsələn, 3 nəfərdən ibarət ailənin orta aylq gəliri 700 manat təşkil edirsə, o zaman 2022-ci il üçün ehtiyac meyarının həddi 246 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 738 (246x3) manat təşkil edəcək. Bu halda ailəyə 38 (738-700) manat məbləğində yardım təyin edilir. 
Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. İstehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunmuş toplusu kimi ifadə edilib. 
Çox təəccüblü hal idi ki, əvvəlki illərdə ehtiyac meyarı insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün lazım olan məbləğdən – yaşayış minimumundan az olurdu.  
Eyni zamanda qeyd edək ki, ehtiyac meyarının yaşayış minimumundan aşağı olması “Yaşayış minimumu haqqında” qanunun 5.1-ci bəndinin müddüalarına da ziddir. Belə ki, Qanunun həmin bəndində qeyd olunur ki, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.
Son 17 ildə yaşayış minimumu və ehtiyac meyarı arasındakı fərq:
Tarix Yaşayış minimumu (azn) Ehtiyac
meyarı
(azn)
Fərq (azn)
2007 64  40 24
2008 70 55 25
2009 84 60 24
2010 87 65 22
2011 95 75 20
2012 108 84 24
2013 116 93 23
2014 125 100 25
2015 131 105 26
2016 136 105 31
2017 155 116 39
2018 173 130 43
2019 180 143 37
2020 190 170 20
2021 196 170 26
2022 210 200 10
2023 (layihə) 246 246 -

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top