İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi - Yenilənib


Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu AMEA-nın Ümumi yığıncağında keçirilən səsvermə nəticəsində bəlli olub.
Səsverməyə əsasən, İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.

***11:00
Bu gün AMEA-da keçiriləcək prezident seçkilərində İsa Həbibbəylinin seçiləcəyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.
İddiaya görə, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.
Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top