İş axtaranların nəzərinə - “Avrora Qrup” vakansiya elan edir


Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan “Avrora Qrup” öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 29 oktyabr 2022-ci il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.
Yeniavaz.com
xəbər verir ki, karyera günündə satış nümayəndəsi, merçendayzer, fəhlə, sürücü, sürücü köməkçisi və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək.
Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.
Qeyd edək ki, karyera günündə iştirak edən namizədlərin bir qrupu növbəti illərdə yaranan vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Gələcəkdə tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.
Karyera günündə iştirak etmək istəyən namizədlər 29 oktyabr 2022-ci il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən “Avrora Qrup”un mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top