Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlandı


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1 milyon 162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbilərin 26,6%-i (309,3 min) Rusiyadan, 19,6%-i (227,9 min) Türkiyədən, 11%-i (127,9 min) İrandan, 7,4%-i (86 min) Səudiyyə Ərəbistanından, 4,8%-i (55,8 min) Gürcüstandan, 3,2%-i (52 min) Pakistandan, 3,1%-i (36 min) Hindistandan, 2,3%-i (26,7 min) Birləşmiş Ərəb Əmirliklərindən, 1,9%-i (22,1min) Qazaxıstandan, 1,8%-i (20,9 min) isə Ukraynadan gəlib.

DİGƏR XƏBƏRLƏR

Top