İran PUA-larla bağlı Aİ-yə çağırış etdi


İran Avropa İttifaqına Tehranın Rusiyaya pilotsuz uçan aparatlar verdiyi iddiası ilə bağlı araşdırma aparmağı təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, belə bir təklif İranın XİN başçısı Abdillahian ilə Avropa diplomatiyasının rəhbəri Josep Borrell arasında telefon danışığı zamanı edilib.
Qeyd edək ki, ötən həftə Aİ üç İran vətəndaşına və pilotsuz təyyarələr istehsal edən bir İran şirkətinə qarşı sanksiya tətbiq edib.
Həm İran, həm də Rusiya tərəfləri İranın Rusiyaya pilotsuz uçuş aparatları verməsi ilə bağlı xəbərləri təkzib ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top