Sabah hava necə olacaq?


Sabahın Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata əsasən, gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-5° isti, gündüz 8-13° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top