İlham Əliyev Gürcüstana getdi - Video + Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.


***10:38
Azərbaycan prezidenti İlham Əliyev bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İlham Əliyevi Gürcüstanın baş naziri İrakli Qaribaşvili qəbul edəcək.
Rəsmi qarşılanma mərasimi Tbilisi Beynəlxalq Hava Limanında baş tutacaq.
Səfərin başqa təfərrüatları açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top